PSJ Neymara fantastik qiymət qoydu

Fransanın PSJ klubu Neymarın transfer məbləğini müəyyənləşdirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunun klubdan ayrılmasına icazə verən Paris təmsilçisi, onun üçün 300 milyon avro tələb edir.  

Hücumçu ilə “Barselona” və “Real”ın maraqlandığı bildirilir. Kataloniya klubunun Neymar üçün 300 milyon avro ödəmək fikrində olmadığı, amma Osman Dembele, Samuel Umtiti, İvan Rakitiç kimi futbolçularla birlikdə müəyyən qədər məbləğ təklif etməyi planlaşdırdığı bildirilir.

27 yaşlı hücumçu, geridə qalan mövsümdə Paris klubunun heyətində iştirak etdiyi 28 oyunda 23 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar PSJ-yə “Barselona”dan 222 milyon avroya transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button