PSJ “Monako”nun futbolçusu ilə maraqlanır

PSJ “Monako”nun vingeri Maqnes Akliuşla maraqlanır.

Paris təmsilçisinin baş məşqçisi Luis Enrike heyətdə ciddi dəyişikliklər etmək istəməsə də, yay transfer pəncərəsində hücum xəttini yeni oyunçularla gücləndirməyi planlaşdırır.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu məqsəd üçün əsas namizədlərdən biri hesab olunur. Akliuş baş məşqçinin tələblərinə tam cavab verir.

Fransalı futbolçu cari mövsümdə “Monako”nun heyətində 39 oyunda iştirak edib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button