
Mourinyo ona şans vermək niyyətindədir
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın yarımmüdafiəçisi Tiaqo Pitarçı mövsümöncəsi hazırlıq zamanı yaxından izləmək niyyətindədir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun əsas heyətdə müntəzəm oynamaq şansı az qiymətləndirilsə də, portuqaliyalı mütəxəssis onu planlarından çıxarmayıb.
Mourinyo mövsümöncəsi hazırlıq çərçivəsində Pitarça şans vermək və onun potensialını dəyərləndirmək istəyir.
İspaniyalı futbolçunun icarəyə göndərilməsi ilə bağlı bir neçə variant var. La Liqaya qayıdan “Malaqa” ona əsas namizəd hesab olunur. Ancaq Pitarçın UEFA Çempionlar Liqasında çıxış edən komandaya keçməyə üstünlük verdiyi bildirilir.
Pitarç indiyədək “Real”ın əsas komandasında 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



