
Braziliya prezidenti millinin futbolçuları haqda: “Bu, biabırçılıqdır”
Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra futbolçuları tənqid edib.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, dövlət başçısı mundialdan sonra futbolçuların əksəriyyətinin vətənə qayıtmamasını qınayıb:
“Təyyarədə demək olar ki, heç kim yox idi. Bu, sadəcə biabırçılıqdır. Yalnız bir futbolçu geri qayıtdı, qalanların hamısı orada qaldı”.
Braziliya millisi dünya çempionatında 1/8 finala qədər irəliləyib. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda bu mərhələdə Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



