
PSJ yeni hücumçu ilə anlaşıb
“Monako”nun hücumçusu Maqnes Akliuş karyerasını PSJ-də davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Paris klubu fransalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini əvvəlcədən razılaşdırıb. Hazırda klublar arasında transfer danışıqları davam edir.
Bildirilir ki, “Monako” güzəştə getmək niyyətində deyil və transferdən 50 milyon avro gəlir əldə etməyi hədəfləyir.
24 yaşlı futbolçu “Monako”nun yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Akliuşun dəyərini 50 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



