
DÇ-2026: “Bellingem və Keyn adlı iki superqəhrəmanımız var”
İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand komandanın əsas oyunçuları barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünya çempionatının 1/4 finalında Norveç yığmasına iki qol vuran Çud Bellingemin çıxışını yüksək qiymətləndirib:
“Pley-off vaxtıdır və Bellingem yenidən özünə ad qazanır. Həlledici anda “məndən başqa kim var?” deyə biləcək oyunçular çox deyil. Bellingem və Harri Keyn adlı iki superqəhrəmanımız var”.
İngiltərə millisi dünya çempionatının yarımfinalında iyulun 15-də Argentina yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



