PSJ Mbappeyə 2 aylıq maaş borcludur

PSJ hələ də Kilian Mbappenin bonusunu və iki aylıq maaşını ödəməyib.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məhz bu amil fransalı futbolçunun klubdan narazılığı ilə bağlı fikirlər bildirməsinə səbəb olub. “Real”ın yeni oyunçusu kimi mətbuat konfransında Mbappe PSJ-də bəzi insanların onu “bədbəxt” etdiyini söyləyib.

Paris klubu onun “Real”a gedişinə görə 80 milyon avro verilməmiş maaş və bonusları ödəmək istəmir.

Futbolçuya fevral və may aylarının maaşı ilə yanaşı, bonusu da verilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button