MY PSJ-ni, “Portu” “Roma”nı 1/4 finala buraxmadı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab qarşılaşması keçirilib.

Komanda.az xəbər verir ki, “Roma” Portuqaliya səfərinə yollanıb. Öz meydanında “Portu”nu 2:1 hesabıyla məğlub edən “Roma”ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Amma cavab matçında 90 dəqiqə “Portu”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bu üzdən qalibi müəyyənəşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtın sonlarında penalti qoluna imza atan Portuqaliya təmsilçisi mərhələ adlayıb.

Günün digər oyunu Parisdə keçirilib. PSJ öz meydanında “Mançester Yunayted”i qəbul edib. İlk oyunda “qırmızı şeytanlar”ı 2:0 hesabıyla məğlub edən PSJ, bu görüşün də favoriti idi. Üstəlik, “Mançester Yunayted” PSJ səfərinə ciddi itkilərlə gəlmişdi. Ander Herrera, Xuan Mata, Nemanya Matiç, Cessi Linqard, Aleksis Sançes və Antonio Valensiya zədə səbəbindən, Pol Poqba isə ilk oyunda qırmızı vərəqə aldığına görə bu oyunda iştirak etməyib. Buna baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirən İngiltərə təmsilçisi bu oyunda 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksələn tərəf olub.

Çempionlar Liqası 1/8 final, cavab oyunları

6 mart

Portu (Portuqaliya) – Roma (İtaliya) 3:1
Qol
: Tikinyo, 26. Mareqa, 52. Telleş, 117-pen – De Rossi, 37-pen.
(ilk oyun – 1:2)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Portu. “Draqan” stadionu

PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:3
Qol
: Bernat, 12 – Lukaku, 2; 30. Reşford, 90-pen.
(ilk oyun – 2:0)
Baş hakim: Damir Skomina (Slovakiya)
Paris. “Park de Prens”

5 mart

00:00. Real (İspaniya) – Ayaks (Hollandiya) 1:4
Qol:
M. Asensio, 70 – Ziyeç, 7. Neres, 18. Tadiç, 62. Şöne, 72.
(ilk oyun – 2:1)
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu

00:00. Borussiya (Dortmund, Almaniya) – Tottenhem (İngiltərə) – 0:1
Qol:
Keyn, 49.
(ilk oyun – 0:3)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. “Siqnal İduna Park”

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button