PSJ-də Neymar sevinci

PSJ komandasında bir müddətdir zədəli olan Neymar artıq məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, braziliyalı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyununda iştirak edə biləcəyi bildirilir.

Neymar, zədə səbəbindən komandalar arasındakı ilk oyunu buraxmışdı. Sözügedən matçda PSJ səfərdə “Barselona”nı 4:1 hesabıyla məğlub etmişdi.

PSJ – “Barselona” oyunu martın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button