PSJ-nin yeni transferi sıradan çıxdı

PSJ klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Ander Herrera zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son məşqində zədələnən ispan yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Mançester Yunayted”dən ayrılan Herrera, ötən ay PSJ ilə müqavilə imzalamışdı.