Mbappe qərarsızdır

PSJ futbolçusu Kilian Mbappenin müqaviləsinin müddətini artırmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçu ilə yeni – 5 illik sözləşmə imzalamaq istəyir. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Mbappe yeni müqavilə təklifi alsa da, hələ qərar verməyə tələsmir.

Fransa millisinin də üzvü olan hücumçunun hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Mbappenin adı “Real”la da yanaşı hallanır.