ÇL: PSJ-nin futbolçularına “fişəng qonaqlığı”

Bir qrup naməlum şəxs Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyunu öncəsi PSJ-nin futbolçularına mane olmağa çalışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ-nin futbolçularının qaldığı otelə bir qrup naməlum şəxsin gəldiyi bildirilir. Onlar atəşfəşanlıq ediblər və fişənglər partladıblar.

Oxşar vəziyyət komandalar arasında Parisdə keçirilən ilk oyundan əvvəl də yaşanmışdı. Hücum edənlər “Barselona”nın futbolçularının qaldığı otelin yaxınlığında fişənglər atmışdılar.

Cavab oyunu bu gün Barselonada keçiriləcək. İlk görüş kataloniyalıların qələbəsi ilə yekunlaşıb – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button