PSJ evdə xal itirdi

Fransa Liqa 1-də 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün 6 görüş baş tutub.

“Nitsa” – “Klermon” matçı qolsuz bitib. Lider PSJ də “Renn”lə ev oyununda xal itirib. “Lill” səfərdə “Tuluza”ya uduzub.

“Reyms” səfərdə “Havr”a, “Monako” isə “Lans”a qalib gəlib. Marsel “Olimpik”i də “Monpelye” ilə ev oyununda darmadağına sevinib.

Hazırda 54 xala malik PSJ vahid liderdir. “Brest” 43 xalla 2-ci, “Monako” 41 xalla 3-cü, “Nitsa” 40 xalla 4-cü, “Lill” 38 xalla 5-ci, “Lans” 36 xalla 6-cıdır.

Fransa Liqa 1
23-cü tur

23 fevral

Mets – Olimpik (Lion) 1:2
Qollar: Mikautadze, 13 – Lakasett, 45+1. Benrahma, 60.

24 fevral

Loryan – Nant 0:1
Qol: Kastelyetto, 49.

Strasburq – Brest 0:3
Qollar: M.Kamara, 33; 40; 60-pen.

25 fevral

Lans – Monako 2:3
Qollar: Vahi, 31. Said, 77 – Baloqun, 19. Minamino, 30; 90+2.

Havr – Reyms 1:2
Qollar: Ture, 74-pen – Darami, 64; 90+5-pen.

Nitsa – Klermon 0:0

Tuluza – Lill 3:1
Qollar: Elebi, 49. Sierro, 60-pen. Dallinqa, 66 – Haraldsson, 45.

PSJ – Renn 1:1
Qollar: G.Ramos, 90+7-pen – Quiri, 33.

Olimpik (Marsel) – Monpelye 4:1
Qollar: Ndiaye, 31. Obameyanq, 43; 62-pen. Saçko, 82-öz qapısına – Əl-Tamari, 5.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button