PSJ daha bir hücumçu aldı

Fransa çempionu PSJ növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Everton”un hücumçusu Moyze Kini heyətinə qatıb.

Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. İtaliya yığmasının üzvü İngiltərə klubundan icarəyə götürüb. Kin, 2021-ci ilin iyununa kimi PSJ-də çıxış edəcək.

Qeyd edək ki, “Yuventus”dan “Everton”a transfer olunan Kin, Premyer Liqa klubunda ötən mövsüm 33 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button