PSJ-dən La Liqa klubuna

“Atletik” klubu PSJ-nin futbolçusu Ander Herreranı icarəyə götürüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, PSJ-də az şans qazanan 33 yaşlı yarımmüdafiəçi Bilbaoya qayıtmağa qərar verib.

Bir illik icarə müddətindən sonra “Atletik” futbolçunun transfer hüququna sahib çıxa biləcək.

33 yaşlı Herrera 2011-2014-cü illərdə “Atletik”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button