PSJ-də daha bir itki: “Barselona”yla oyunda olacaq?

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Barselona” ilə oyuna ciddi itkiylə çıxa bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Marko Verratti bu oyunu buraxa bilər. Buna səbəb futbolçunun zədəli olmasıdır. Əzələsində narahatlıq hiss edən futbolçunun katalonlarla oyuna qədər sağalıb-sağalmayacağı bilinmir.

Daha əvvəl PSJ-nin digər futbolçusu Neymarın da zədələndiyi və təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

“Barselona” – PSJ oyunu fevralın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button