
PSJ “Barselona”nın futbolçusunu aldı – rəsmi
Fransanın PSJ klubu yeni futbolçu ilə güclənib.
Komanda.az xəbər verir ki, Paris klubu “Barselona”dan Rafinyanı transfer edib. Bu barədə fransızların rəsmi saytı məlumat yayıb.
Parislilər braziliyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb. Keçidin maliyyə detalları açıqlanmayıb.
Rafinya yeni klubunda 12 nömrəli forma geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin