PSJ Alvares üçün 150 milyon avro təklif etməyə hazırlaşır

PSJ “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməyə ciddi şəkildə maraq göstərir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı forvard üçün 150 milyon avroya qədər təklif irəli sürməyə hazırdır. Bundan əlavə, fransızlar mümkün razılaşmaya öz futbolçularını da daxil edə bilər. Li Kanq İn və Qonçalo Ramuş barter variantında əsas namizədlər hesab olunur.

Alvareslə həmçinin, “Barselona”nın və “Arsenal”ın da maraqlandığı bildirilir.

“Transfermarkt” portalına əsasən, 26 yaşlı hücumçunun bazar dəyəri 90 milyon avro təşkil edir. Li Kanq İn 28 milyon, Qonçalo Ramuş isə 35 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button