Prosineçkini şoka salan “Boru” – Yazı+Fotolar

 

Dünən “Milan”dan ayrılaraq, “Çelsi”yə üz tutan argentinalı hücumçu Qonsalo İquaynın bu keçidi, yeni ilə damğa vuran transferlərdən oldu.

Komanda.az sizə Argentina millisinin futbolçusu ilə bağlı 10 maraqlı məqamı çatdırır:

10. İspandilli ölkələrdə yaşayan insanlarda oldduğu kimi, İquaynın da ənənəvi olaraq, bir ləqəbi var. Argentinalı futbolçunun ləqəbi “El Pipa”, yəni “Boru” deməkdir. Bu ləqəbin verilməsinə səbəb futbolçunun burnudur.

9. O, 35 oyunda 36 qol vuraraq, bombardir olduğu 2015-2016-cı il mövsümünün sonunda 94 milyon avro qarşılığında “Napoli”dən “Yuventus”a transfer olunmuşdu.8. Qonsalo İquayn həm də Fransa vətəndaşlığı daşıyır. Fransanın Brest şəhərində anadan olan İquayn, həm Argentina, həm də Fransa vətəndaşıdır, amma fransızca bilmir. Çünki 10 aylıqkən ailəsi Fransadan köçüb.

7. “Napoli”dən “Yuventus”a transfer olunan İquayn, “qoca sinyora”nın “Vest Hem”lə hazırlıq matçında oyuna sonradan daxil olaraq, izləyiciləri təəccübləndirmişdi. “Napoli”dəki formasından əsər-əlamət qalmayan İquayn haqqında Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki, “Onu görəndə şoka düşdüm. Məndən də kökdür. Onun üçün 90 milyon avro ödədilər və o, bu şəkildə gəldi” demişdi.

6. Argentinalı forvard “tvitter”də 6,8 milyon izləyici ilə sosial şəbəkələrin ən məşhur futbolçusudur.

5. İquayn anasının yeməklərinə olan heyranlığı ilə də tanınır. Xüsusilə, anası ilə “pizza” yemək onun üçün çox vacibdir.

4. Hücumçu 2017-ci ildə “Hasta la victoria siempre”, yəni “Zəfərə qədər daim” cümləsini bədəninə döymə elətdirdi. Amma əyləncəni sevən azarkeşlər “Hasta” sözünü fotoşop vasitəsilə “Pasta” sözü ilə əvəz etdilər və ortaya maraqlı görüntü çıxdı.

3. “Napoli”də oynadığı zaman Mauritsio Sarrinin sevimli futbolçularından olan İquayn, onun haqqında, “Özümü əvəzedilməz futbolçu kimi hiss elətdirir, mənə ata kimidir” ifadələrini işlətmişdi. Artıq o, yenidən sevimli məşqçisinin yanındadır.

2. İquayn həm də, tennis azarkeşidir. O, Rafael Nadal, Roje Federer və həmyerlisi Martin Del Potronun böyük fanatıdır.

1. İquayn ailənin 4 övladı içərisində üçüncüsüdür. Onun atası “River Pleyt”də forma geyinib və Qonsalo da karyerasına bu klubda başlayıb. Bundan başqa, onun digər qardaşları da karyeralarına “River Pleyt”də başlayıblar.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button