Haland futboldakı problemlərdən danışdı: “Keyfiyyət düşür”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland müasir futbolun əsas problemindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, matçların sayı çox olduğuna görə onların keyfiyyəti aşağı düşür:

“Problem matçların keçirilməsində deyil, onların keyfiyyətindədir. Keyfiyyət düşür. Məndən 70 oyunda bir kilometr sprint qaçmağı gözləmək olmaz. Mən nə etməliyəm? Sadəcə, oyun cədvəlinə diqqət yetirməliyəm. Futbol biznesinin əsas məqsədi budur”.

23 yaşlı hücumçu bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button