“Barselona”da prezidentliyə namizəd Alvareslə bağlı xəbərləri təkzib etdi

“Barselona”nın prezidenti postuna namizəd olan Viktor Font “Atletiko”nun hücumçusu Xulian Alvareslə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

O, dünya futbolunda ən çox müzakirə olunan transfer mövzularından birinə çevrilən argentinalı forvardın “Barselona”ya mümkün keçidi barədə məlumatların doğru olmadığını vurğulayıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Viktor Font, kataloniyalıların bu transferlə bağlı Madrid klubu ilə heç bir danışığının olmadığını söyləyib:

“Alvareslə bağlı “Barselona”nın danışıqlar apardığı barədə xəbərlər həqiqəti əks etdirmir. Mən bunu dəqiq bilirəm, çünki bu məsələ ilə bağlı “Atletiko” ilə heç bir müzakirə aparılmayıb”.

“Transfermarkt” portalının qiymətləndirməsinə görə, 26 yaşlı hücumçunun bazar dəyəri 100 milyon avro təşkil edir. Bununla belə, Madrid təmsilçisinin futbolçusu üçün daha yüksək məbləğ tələb edə biləcəyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button