Prezidentin xanımı Mbappeyə təşəkkür etdi

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin 2024-cü il Olimpiya Oyunlarında mümkün iştirakı ilə bağlı suala cavab olaraq, futbolçuya sadəcə təşəkkür edib.

Komanda.az AS-a istinadən xəbər verir ki, Makron, Mbappe ilə qürur duyduqlarını bildirib:

“Bizə verdiyi hər şey üçün, hələ də verə biləcəyi hər şey üçün ona təşəkkür edirəm. Buna görə çox sağ olsun. O, heyrətamiz çempiondur və onun bizimlə olmasından çox qürur duyuruq. Onun Olimpiya Oyunlarında iştirakı ilə bağlı şayiələr var? Hər kəsə təşəkkürlər. Təşəkkür edirəm, Kilian”.

Qeyd olunur ki, Fransa prezidentinin xanımının sözləri çoxu tərəfindən futbolçu ilə vidalaşma kimi qarşılanıb. Daha əvvəl Mbappenin “Real”la müqavilə imzaladığı, transferin yaydan əvvəl açıqlanacağı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button