“Barselona”nın prezidentliyinə namizəddən Messi ilə bağlı vəd

“Barselona”nın prezidentliyinə namizədlərdən olan Xuan Laporta hücumçu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinlı futbolçunun Kataloniya klubunda qalması üçün çalışacağını bildirib:

“Messinin komandada qalması üçün bir çox səbəb irəli sürə bilərik. Onun maliyyəsindən çox, komandaya faydası haqda düşünməyi üstün tuturam. Onun futbol tarixindəki ən yaxşı futbolçu olduğunu düşünürəm. Məncə, bütün futbolçular bir çox çempionluq qazandıqdan və klub üçün çox şey etdikdən sonra buna uyğun dəyər görməyi haqq edirlər. Prezident seçilsəm, mən də bunu etməyə çalışacam. O, “Barselona”nı sevir və bunu dəfələrlə göstərib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button