Premyer Liqanın qalibi mükafatlandırıldı – VİDEO

Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, tədbir 35-ci turda “Kəpəz”lə oyundan (3:0) sonra “Azərsun Arena”da gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və “Qarabağ”ın prezidenti Tahir Gözəl təqdim edib.

Xatırladaq ki, “Qarabağ” cari mövsümün başa çatmasına 1 tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button