“Sumqayıt” ilk yoxlama oyununda heç-heçə etdi

Premyer Liqanın ikinci yarısı üçün Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Sumqayıt” komandası bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv Polşa təmsilçisi “Yagelloniya” ilə qarşılaşıb.

Görüş qolsuz başa çatıb.