Premyer Liqanın bərpası üçün son tarix müəyyənləşdi

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının bərpası ilə bağlı son tarix məlum olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, liqa rəhbərliyi çempionatı avqustun 2-dək sonlandırmaq üçün qalan turların oyunlarını 7 həftə içərisində keçirməli olacaq. Beləliklə, çempionatı bərpa etmək üçün son tarix olaraq iyunun 19-u müəyyənləşdirilib. Oyunlar bu tarixədək keçirilə bilməsə, liqa rəhbərliyi mövsümün vaxtından tez yekunlaşdırıldığını açıqlayacaq.

Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button