Premyer Liqanın bərpa tarixi rəsmən açıqlandı

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb. Söhbət “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” zirvədə qərarlaşıb.