
ÇL: “Barselona” ilə “Kamp Nou”da 90 dəqiqə oynamaq qısa müddət deyil, tam bir əbədiyyətdir”
“Barselona”nın sabiq yarımmüdafiəçisi Arturo Vidal UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Nyukasl” cavab matçı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəsinin “Colo Colo” klubunda çıxış edən çilili futbolçu “Nyukasl”ın əziyyət çəkəcəyini deyib:
“Barselona”ya qarşı “Kamp Nou”da 90 dəqiqə oynamaq qısa müddət deyil, bu, tam bir əbədiyyətdir. “Nyukasl” əziyyət çəkəcək, çünki bu səviyyədə oyunlar həmişə belə keçir. Onlar Premyer Liqanın maliyyə gücü ilə gəlirlər, amma burada pulun heç bir əhəmiyyəti yoxdur”.
1/8 finalın ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Cavab matçı bu gün saat 21:45-də, Barselonada start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



