Premyer Liqada son turun oyun cədvəli

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün sonuncu turunun oyun cədvəli müəyyənləşib.

Komanda.az xəbər verir ki, son turun bütün görüşləri mayın 11-də baş tutacaq.

Çempionatda mövsümün son oyunu olacaq “Neftçi” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Azərbaycan Premyer Liqası, 28-ci tur

11 may

Səbail – Keşlə
“ASCO Arena”, 15:00.

Sabah – Zirə
Masazır. “Əlincə Arena”, 16:00.

Sumqayıt – Qəbələ
“Sumqayıt Arena”, 16:00

Neftçi – Qarabağ
Bakı. 8-ci km stadionu, 18:00 (CBC Sport/canlı).