“Liverpul”la “Mançester Siti”dən heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nyukasl” doğma meydanda “Vulverhempton”u sınağa çəkib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Şənbə günü beş qarşılaşma baş tutub. Səfərdə “Everton”la qarşılaşan “Mançester Yunayted” minimal hesabla məğlub olub. “Arsenal” da evdə “Brayton”a uduzub.

“Çelsi” səfərdə “Sauthempton”u 6 cavabsız qolla üstələyib. “Lids” səfərdə “Uotford”u, “Tottenhem” də “Aston Villa”nı darmadağın edib.

Turun mərkəzi oyununda “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Bu oyunun nəticəsi turnir cədvəlində lideri dəyişə bilərdi. Amma dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası, 32-ci tur

8 aprel

Nyukasl – Vulverhempton 1:0
Qol
: Vud, 72-pen.

9 aprel

Everton – Mançester Yunayted 1:0
Qol
: Qordon, 27.

Arsenal – Brayton 1:2
Qol
: Edeqor, 89 – Trossard, 29. Mvepu, 66.

Sauthempton – Çelsi 0:6
Qol
: M.Alonso, 8. Maunt, 16; 54. Verner, 21; 49. Haverts, 31.

Uotford – Lids 0:3
Qol
: Rapinya, 21. Rodriqo, 73. Harrison, 85.

Aston Villa – Tottenhem 0:4
Qol
: Son, 3; 66; 71. Kuluşevski, 50.

10 aprel

Brentford – Vest Hem 2:0
Qol
: Mbeumo, 48. Toni, 64.

Lester – Kristal Pelas 2:1
Qol
: Lukman, 39. Dyusberi-Holl, 45 – Zaha, 65.

Norviç – Bernli 2:0
Qol
: Melu, 9. Pukki, 86.

Mançester Siti – Liverpul 2:2
Qol
: De Bruyne, 5. Q.Jezus, 36 – Jota, 13. Mane, 46.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 20 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button