Premyer Liqada fevralın ən yaxşı oyunçusu bilindi

“Mançester Siti”nin hücumçusu Antuan Semenyo Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

26 yaşlı futbolçu keçən ay İngiltərə çempionatında 5 oyuna çıxıb və bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Semenyonun Premyer Liqada ayın ən yaxşı oyunçu mükafatını qazanması ilk dəfədir.

Qanalı futbolçu “Mançester Siti”yə qış transfer pəncərəsində “Bornmut”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button