Premyer Liqa koronavirusdan qurtuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 20 klubda futbolçu və məşqçi heyətindən, eləcə də digər çalışanlardan mayın 28-29-da götürülən 1130 testin hamısının nəticəsi neqativ çıxıb.

Xatırladaq ki, bu, Premyer Liqa təmsilçilərindən götürülən dördüncü koronavirus testi idi. Daha öncə götürülən testlərin nəticəsi belə olmuşdu:

1-ci mərhələ: 17-18 may – 748 test, üç klubda altı müsbət nəticə.

2-ci mərhələ: 19-22 may – 996 test, iki klubda iki müsbət nəticə.

3-cü mərhələ: 25-26 may – 1008 test, iki klubda dörd müsbət nəticə.

Martın əvvəlində koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının iyunun 17-dən etibarən bərpası nəzərdə tutulub.