Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Gent” kubunun yarımmüdafiəçisi Leonardo Trossardı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı belçikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığına görə, “Brayton” bu transfer qarşılığında “Gent”ə 20 milyon avroluq təzminat ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button