Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut”un müdafiəçisi Tayron Minqsi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Britaniya mətbuatının iddiasına görə, bu transfer “Aston Villa”ya 20 milyon funt-sterlinqə başa gəlib.

Xatırladaq ki, Minqs ötən mövsümün ikinci hissəsini icarə əsasında məhz “Aston Villa”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button