Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Everton” klubu hücumçusu Dominik Kalvert-Lyuinlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Cari mövsümdə uğurlu çıxışı və məhsuldarlığı ilə diqqət çəkən 22 yaşlı forvard, klubu ilə 5 illik yeni müqaviləyə imza atıb.

Kalvert-Lyuin 2016-cı ildən “Everton”da çıxış edir. O, bu komandada indiyə qədər 76 oyuna çıxıb. İngilis hücumçu cari mövsümdə 15 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button