“Onlar olmasaydı, qol vura bilməzdim” – Renat Dadaşov

Portuqaliyanın “Tondela” klubunun hücumçusu Renat Dadaşov ölkə kubokunun 1/4 finalında “Rio Ave”yə qarşı keçirdikləri oyunu (1:0) şərh edib.

Komanda.az xəbər verir ki, komandasını yarımfinala aparan qələbə qolunu vuran azərbaycanlı hücumçu, matçı belə şərh edib:

“Əvvəldən bilirdik ki, çətin oyun olacaq. Öz meydanında yaxşı oynayan komanda ilə qarşılaşdıq. Səbrli olduq və xoşbəxtlikdən topa ilk toxunuşumda qol vurdum. Komanda yoldaşlarıma təşəkkür edirəm, onlar olmasaydı, qol vura bilməzdim. Biz bir komandayıq, ailəyik və birlikdə yarımfinala yüksəldik. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button