“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi – zədəyə görə

Portuqaliyanın “Sportinq” klubunda forma geyinən Jeremi Matye karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı müdafiəçinin karyerasını bitirdiyi bildirilib.

2017-ci ildən “Sportinq”də forma geyinən Matyenin müqaviləsi iyunun sonuna qədər idi. Fransız müdafiəçi sol dizindən ciddi zədə aldıqdan sonra kareyasını bitirməyə qərar verib.

Matye karyerası ərzində “Soşo”, “Tuluza”, “Valensiya” və “Barselona”da da çıxış edib. Müdafiəçi 5 dəfə də Fransa milli komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button