“Sportinq”də baş məşqçiylə yeni müqavilə

Portuqaliyanın “Sportinq” klubunda baş məşqçi Ruben Amorimin müqaviləsinin müddəti artırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı mütəxəssislə yeni sözləşmənin 2024-cü ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.

Amorim ötən ilin martından “Sportinq”i çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Portuqaliya Premyer Liqasında 58 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button