“Şaxtyor” 18 milyon avroya futbolçu aldı

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Pedrinyo karyerasını Ukraynada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Şaxtyor”a keçib. Bu barədə “Benfika”nın rəsmi saytı məlumat yayıb. Xəbərdə, Pedrinyonun 18 milyon avro qarşılığında Donetsk təmsilçisinə satıldığı bildirilib.

Pedrinyo son mövsümdə “Benfika” ilə 31 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.