“Benfika”dan baş məşqçi qərarı – rəsmi

Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Bruno Lajenin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Laje 2019-cu ilin yanvarından “Benfika”nı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Portuqaliya çempionatında 13 turdan sonra 36 xalla liderdir.