Kuarejmanın yeni klubu rəsmən bilindi

Portuqaliya milli komandasının sabiq futbolçusu Rikardo Kuarejmanın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Vitoriya” (Gimaraynş) klubuna transfer olunub. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kuarejma ilə 2 illik sözləşmə imzalanıb.

Karyerası ərzində Portuqaliyada “Sportinq”, “Portu”, İspaniyada “Barselona”, İngiltərədə “Çelsi” kimi klublarda çıxış edən Kuarejma, son olaraq Türkiyə “Kasımpaşa”sında forma geyinib. Yarımmüdafiəçi Portuqaliya millisində 80 oyuna 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button