Bir oyunda 3 rekord – Ronaldodan tarixi göstərici

Portuqaliya milli komandası yoxlama matçında Qətəri məğlub edib – 3:0.

Komanda.az xəbər verir ki, sözügedən oyunda qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldo bir neçə uğura imza atıb.

Belə ki, Ronaldo yığmada vurduğu qolların sayını 112-yə çatdırıb. O, bu göstəricidə dünya rekordunu yeniləyib. Bundan başqa, Ronaldo futbol tarixində 46 fərqli milliyə qol vuran ilk oyunçu olub.

Qətərlə matç Ronaldonun Portuqaliya yığmasındakı 181-ci oyunu olub. 36 yaşlı hücumçu Avropa zonasında milliylə ən çox oyun keçirən futbolçu olub. Bundan əvvəl bu rekord ispan müdafiəçi Serxio Ramosa aid idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button