“Fənərbaxça”da oynayan futbolçu “Braqa” ilə yeni müqavilə imzaladı

İcarə əsasında Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən yarımmüdafiəçi Bruma “Braqa” ilə yeni müqaviləyə imza atıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onun Portuqaliya təmsilçisi ilə yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Bruma 2022/23 mövsümündə “Braqa”nın heyətində 21 oyuna çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. O, İstanbul klubunun heyətində isə 5 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bruma karyerası ərzində “Sportinq”, “Qalatasaray”, “Qaziantepspor” (icarə), “Leyptsiq”, PSV və “Olimpiakos” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button