Telles Premyer Liqa yolunda

İngiltərənin “Çelsi” klubu yay transfer pəncərəsi dövründə heyətini braziliyalı müdafiəçi ilə gücləndirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Portu”nun 27 yaşlı futbolçusu Aleks Telles “zadəganlar”ın maraq dairəsindədir. London klubu futbolçunu yay transfer pəncərəsi dövründə heyətinə qatmaq niyyətindədir. “Portu” futbolçuya yeni müqavilə təklif etsə də, müdafiəçi bu təklifdən imtina edib. Portuqaliya klubu müqaviləsi 2021-ci ilin yayında bitəcək futbolçunun azad agent kimi ayrılmasını istəmədiyi üçün, onu yayda satmağı planlaşdırır.

Telles cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 39 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.