Poqbaya 4,5 milyon avro ödəməlidirlər

“Mançester Yunayted” komandadan ayrılan Pol Poqbaya 4,5 milyon avro sədaqət (loyallıq) bonusu ödəyəcək.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb. 2016-cı ildə İngiltərə klubu 29 yaşlı fransalı futbolçu üçün “Yuventus”a 105 milyon avro ödəyib. Daha 46 milyon avronu “qırmızı şeytanlar” yarımmüdafiəçinin agentinə komissiya haqqı kimi ödəyib.

Poqba əvvəlcə “Mançester Yunayted”də təxminən 10 milyon avro qazanıb, sonra isə maaşı 9 milyon avroya düşüb. Eyni zamanda, fransalı futbolçu imic hüquqlarına görə ödəniş kimi ildə təxminən 3,4 milyon avro və Çempionlar Liqasına hər vəsiqə üçün 2,2 milyon avro bonus alıb.

İyunun 1-də “Mançester Yunayted” Poqbanın azad agent kimi ayrıldığını elan edib. Futbolçu “Yuventus”a keçməyə yaxındır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button