Poqba üçün son danışıqlar başlayır

“Yuventus” yaxın vaxtlarda Pol Poqbanın nümayəndələri ilə yenidən danışıqlar aparacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu dəfə müqavilənin son detalları müzakirə olunacaq.

Artıq tərəflər sövdələşmə ilə bağlı prinsipial razılığa gəliblər. 29 yaşlı fransalı futbolçunun maaşı bonuslar nəzərə alınmadan illik 8 milyon avro olacaq.

“Mançester Yunayted” iyunun 1-də Poqbanın azad agent kimi klubdan ayrıldığını elan edib. MY Poqbanı 2016-cı ildə məhz “Yuventus”dan 105 milyon avroya transfer etmişdi

Poqba ötən mövsüm bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button