Poqba üçün danışıqlar başlayır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın “Yuventus”a qaytarılması üçün danışıqlar aparılır.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, fransalı futbolçu özünü ən yaxşı tərəfdən göstərə biləcəyi klub axtarır və “Yuventus”un ona lazım olan komanda olduğuna inanır. 29 yaşlı yarımmüdafiəçinin keçidində “Yuve”nin baş məşqçisi Massimiliano Alleqri də maraqlıdır.

Həftənin sonuna qədər “Yuventus” rəsmiləri Poqbanın nümayəndəsi ilə görüşərək, müqavilənin şərtlərini müəyyənləşdirəcəklər. Futbolçunun 7,5 milyon avro maaş və bonuslar alacağı gözlənilir.

Pol Poqba 2021/2022 mövsümündə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçu 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.