Poqba PSJ ilə anlaşıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba PSJ ilə şəxsi müqaviləni razılaşdırıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında 4 illik müqavilə imzalanacaq. 29 yaşlı fransalı futbolçu Paris klubuna pulsuz keçəcək. Poqbanın özü də PSJ-yə keçməyə razıdır.

Poqba bu mövsüm “Mançester Yunayted”in heyətində 25 oyunda 1 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2022-ci ilin 30 iyununa qədərdir.

“Transfermarkt”də fransalı futbolçunun bazar dəyəri 55 milyon avro göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button