Poqba “Mançester Siti”yə “yox” deyib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Mançester Siti”yə keçmək fikrində deyil.

Komanda.az xəbər verir ki, “The Athletic”-in məlumatına görə, yayda “Mançester Yunayted”dən ayrılacaq 29 yaşlı futbolçu Xosep Qvardiolanın komandasından təklif alsa da, başqa kluba keçməyə qərar verib.

Fransalı yarımmüdafiəçini istəyən klublar arasında PSJ, “Juventus” və “Real” da var.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi bu ilin yayına qədərdir. O, 2016-cı ildən “qırmızı şeytanlar”ın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button