“Legiya” “Neftçi” ilə oynamaqdan vaz keçdi

Polşanın “Legiya” klubu “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna səbəb hər iki komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalıdır.

“Legiya” və “Neftçi” Çempionlar Liqasında yeni mövsümdə 1-ci təsnifat mərhələsindən başlayacaq. Polşa klubu səpələnmişlər, Azərbaycan çempionu isə səpələnməmişlər səbətində yer alacaq.

“Legiya” daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı.

Azərbaycan millisinin üzvü Mahir Emreli yaxın zamanda “Legiya” ilə rəsmi müqavilə imzalayacaq.